Olympus Park Şirkəti artıq 10 ildən çoxdur ki, Daşınmaz əmlakın tikinti sektorunda fəaliyyət göstərir. Bu illər ərzində şirkətimiz şəhərimizin müxtəlif ərazilərində bir neçə yaşayış binasını yekunlaşdırmışdır və Olympus Park şirkəti öz brendini qoruyaraq daha bir neçə layihənin tikintisini davam etdirir. Hal-hazırda tikintisi davam edən Olympus Elmlər, Olympus Neftçilər və Olympus Nəsimi layihələrimiz mövcuddur.

Uzun müddət uğurlu fəaliyyətini davam etdirən şirkətimiz bu günə qədər etibarlılıq və dürüstlük prinsipərinə arxalanaraq, böyük təcrübəmizi yeni texnologiyaların üzərində tətbiq edərək, ölkəmizin ən güvənli tikinti şirkətlərinin arasında yer almışdır.

Biz “Yeni mənzil” sözünə yeni məna qataraq. Qarşımıza Sizin və gələcək nəslin sosial həyatını gözəlləşdirmək və həyatınızı rəngarəng etmək üçün bizdən olan gözləntilərinizi həyata keçirtmək kimi hədəflər müəyyən etmişdik.

Missiyamız – dünyanın ən qabaqcıl təcrübəsinə əsaslanaraq, əhalinin yüksək keyfiyyətli və bütün tələblərə cavab verən yaşayaış komplekslərinin yaradılmasından ibarətdi.

İşçi heyətimizin sırasında yüksəək peşəkar və uzunmüddət yüksək mərtəbəli binaların tikintisini həyata keçirən əməkdaşlar çalışmaqdadır.
Biz ilk öncə alıcılarımızın komfortlu və keyfiyətli yaşayış ilə təmin olunmasını düşünürük.