"28 May" layihəsi

Dəniz panoramalı Premium klass 28 May layihəsinin təməl işlərinə 2019-cu ilin sentyabr ayında start verilmişdir. 1,5-2 il müddətində kompleksin sakinlərin ixtiyarına verilməsi nəzərdə tutulur. Premium-Pilot kompleks şəhərin tam mərkəzində, 28 May metrosunun çıxışında, 35, 151, 304 saylı orta məktəblərin, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universitetinin və 28 Mall ticarət mərkəzinin yaxınlığında yerləşir. İnfrastruktur baxımından əlverişli yerləşmə, özünün yaşıllıqla əhatə olunan podium həyəti və ticarət mərkəzi, kompleksin əsas üstünlüklərindəndir. Bir neçə məktəb, universitet, müxtəlif mağaza və iaşə obyektləri yaxınlığında yerləşən kompleks, Sizi mərkəzə daha yaxın edəcək. Pəncərənizdən Bakı bulvarının ecazkar görüntüsünü görmək istəyirsinizsə, bu layihə sizin istəklərinizdən xəbər verir. Kompleks tam təhvil verildikdən sonra, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla (kupça) təmin olunacaq.

28 May Metrostansiyası
28 Mall ticarət mərkəzi
Bakı Slavyan Universiteti
Azərbaycan Dillər Universiteti
304 saylı orta məktəb
35 saylı orta məktəb
151 saylı orta məktəb