"Nəsimi" layihəsi

PREMIUM–PİLOT YAŞAYIŞ KOMPLEKSİ olan Olympus Nəsimi layihəsinin inşasına 2018-ci ilin iyul ayında start verilmişdir.  Yerləşmə olaraq Azadlıq prospektində, Nəsimi bazarının yerində inşa olunan layihə, 4 binadan, 18-20 mərtəbədən ibarətdir. Kompleksin əsas üstünlükləri, daxilində sakinlərimizin yaşayış kompleksindən uzaqlaşmadan, rahat şəkildə alış-veriş etməsi üçün 3 mərtəbəli Ticarət Mərkəzi (Mall), 4600m2 qapalı, mühafizə olunan avtomobilsiz həyəti, 2 mərtəbəli yeraltı parkingi, girişində 24 saat reception isçi heyətinin, əlverişli infrastruktunun olmasıdır. Mənzillərin qışda isti, yayda sərin olması üçün bina hidro-termo izolyasiyalı, möhtəşəm Keramoqranit fasadla əhatə olunacaq. Liftlər Finlandiya istehsalı olan Kone, pəncərələr isə Almaniyanın Rehau şirkətindən seçilib. Kompleks tam təhvil verildikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla (kupça) təmin olunacaq. Müasir memarlıq üslubuna cavab verən kompleksimizin fasad örtüyünün fibrobeton-keramoqranitlə üzlənməsi yaşayış kompleksimizə gözəlliklə bərabər uzunömürlülük gətirəcək. Yaşayış səviyyənizi yüksəltmək üçün 24 saat xidmətinizdə olan Reception işçi heyəti Sizi və qonaqlarınızı xüsusi şəkildə qarşılayacaqdır. Kompleksimizin həyətyanı sahəsində balaca sakinlərimizin əylənməsi üçün oyun meydançaları və istirahət guşələri ailəvi istirahətinizə rəngarənglik gətirəcək. Video-nəzarət sistemi və mühafizə xidməti tərəfindən 24 saat fasiləsiz qorunan binanın altındakı geniş, 2 mərtəbəli yeral­tı­­ avtodayanacaqdan sakinlər liftlərlə birbaşa mənzillərə qalxa biləcəklər. İctimai nəqliyyat vasitələrinə çıxışı, tibb müəssisələri, ali və orta təhsil müəssisələrinə yaxınlığı və yaşayış infrasturkturunun yüksək səviyyədə olması, layihəmizi daha da unikal edir.

  • Zorge parkı
  • Koala parkı
  • Dədə Qorqud parkı
  • Şəms uşaq bağçası
  • Nord uşaq bağçası
  • 36 saylı orta məktəb
  • 258 saylı orta məktəb
  • Bazar store
  • Bravo express
  • Tibb Universiteti
  • Bakı Sağlamlıq mərkəzi
  • 42 saylı orta məktəb
  • Azərbaycan universiteti
  • 3 No peşə liseyi
  • Hematologiya institutu
  • Travmatologiya institutu