OLYMPUS PARK-dan növbəti dəniz panoramalı möhtəşəm layihə - «OLYMPUS NOBEL»!

6 blok, 12 mərtəbədən ibarət unikal yaşayış kompleksi, infrastruktur baxımından bir neçə məktəb, kollec, müasir tipli market şəbəkəsi və gündəlik yaşam üçün əhəmiyyət kəsb edən məkanlara yaxın ərazidə yerləşir.

Bizim öncəlikli prinsipimiz sakinlərimizi komfortlu və keyfiyyətli yaşayış kompleksi ilə təmin etməkdir. Bu səbəbdən dünyaca məşhur şirkətlərlə əməkdaşlıq edir, yaşayış komplekslərinin inşasında yalnız onların məhsullarından istifadə edirik. «Olympus Nobel» yaşayış kompleksində liftlər dünyanın ən keyfiyyətli lift-eskalator istehsalçıları olan Finlandiya brendi Kone və İsveçrə brendi Schindler markasından olacaq. Fasad örtüyündə istifadə olunacaq fibrobeton fiqur elementləri həm möhkəmliyi, həm estetik görünüşü ilə layihəyə prestij qatacaq.

Bina su, yağış, külək, toz və səs izolyasiyası xüsusiyyətlərinə malik Türkiyə istehsalı PVC pəncərələrlə təchiz olunacaq.

Həyətyanı sahənin avtomobilsiz, geniş və rahat olması üçün 2 mərtəbəli parking sakinlərimizin xidmətində olacaq.

24 saat mühafizə olunacaq kompleksdə ailənizlə xoş zaman keçirə bilməyiniz üçün geniş, yaşıl bağ sahəsi nəzərdə tutulub. Bu isə layihəmizi yüksək həyat standartlarına cavab verən kompleksə çevirir.

Parklar və yaşıllıqla əhatələnən Dəniz Panoramalı «Nobel layihəsi» gələcək sakinlərinə sağlam həyat vəd edir. Pəncərənizdən Xəzərin ecazkar görüntüsünü görmək istəyirsinizsə, bu layihə ilə istəyinizə çatacaqsınız.

Kompleks tam təhvil verildikdən sonra sakinlərimiz Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla (kupça) təmin olunacaq.

2020-ci ilin iyun ayından inşasına başlanan layihənin 1,5-2 il müddətinə təhvili nəzərdə tutulub.

 

       7 Saylı Orta Məktəb

       63 Saylı Orta Məktəb

       245 Saylı Orta Məktəb

       Azərbaycan Dəniz Kolleci

       Poçt

       Zərifə parkı

       Bazar store

       Mega store