Şəhərin mərkəzində yerləşən hər bir tərəfi parklar və yaşıllıqlarla əhatə olunan “Oympus Nəsimi” yaşayış kompleksində Sizdə mənzil sahibi olmaqla dənizə açılan füsunkar mənzərədən zövq ala bilərsiniz.

Olympus Nəsimi layihəsi Bakı şəhərində inşa etdiyimiz Pilot layihələrimizdən biridir. Tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-ci il 86 saylı qərarına və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 01 dekabr 2017-ci il 319 saylı Sərəncamına əsasən həyata keçirilir.

Olympus Nəsimi layihəmiz xüsusi memarlığı ilə fərqlənən premium yaşayış kompleksidir. Sizin rahat yaşayışınız üçün kompleksimizdə sakinlər üçün 4600 m2 qapalı həyətyanı ərazi ayrılmışdır. Həmçinin ailəvi istirahətiniz üçün Dədə Qorqud və Koroğlu parkları kompleksimizin yaxınlığında yerləşir.

Müasir memarlıq üslubuna cavab verən kompleksimizin fasad örtüyünün kompakt-laminat-la üzlənməsi yaşayış kompleksimizə gözəlliklə bərabər uzunömürlülük gətirəcək. İctimai nəqliyyat vasitələrinə çıxışı, tibb müəssisələri, ali və orta təhsil məktəblərinə yaxınlığı və yaşayış infrasturkturunun yüksək səviyyədə olması layihəmizi daha da unikal edir.

Yaşayış səviyyənizi yüksəltmək üçün 24 saat xidmətinizdə olan Reception işçi heyyəti Sizi və qonaqlarınızı xüsusi şəkildə qarşılayacaqdır. Kompleksimizin həyətyanı sahəsində balaca sakinlrəimizin əylənməsi üçün oyun meydançaları və istirahət güşələri ailəvi istirahətinizə rəngarənglik gətirəcək.
Sakinlərimizin yaşayış kompleksindən uzaqlaşmadan rahat şəkildə alış-veriş etməsi üçün layihəmizdə 3 mərtəbəli Ticarət Mərkəzi nəzərdə tutulmuşdur. Həmçinin kompleksimizdə sakinlər üçün 2 mərtəbəli yeraltı dayanacaq mövcuddur.