“Olympus” şirkətinin 11-ci premium təyinatlı layihəsi olan, Badamdar qəsəbəsinin ən əlverişli məkanında – Mikayıl Müşviq küçəsindəki “Botanika Bağı” əhatəsində yerləşən “Olympus Botanic Garden" yaşayış kompleksində son dərəcə bənzərsiz bir həyat sizi gözləyir. Eyni zamanda, investisiya cəhətdən də “Olympus Botanic Garden” layihəsi həyatınızın hər mərhələsinə dəyər qataraq gəlirli bir gələcək vəd edir. 2 ədəd 16 mərtəbəli binadan ibarət “Olympus Botanic Garden” layihəsi ənənəvi şəhər yaşayışına yeni nəfəs gətirəcəkdir. Mükəmməl səs izolyasiyası və yüksək səviyyəli təhlükəsizliyi ilə dünyanın ən keyfiyyətli lift-eskalator istehsalçıları olan Finlyandiya brendi “KONE” və ya İsveçrə brendi “SCHİNDLER” liftləri sizin yaşam keyfiyyətinizi daha da yaxşılaşdıracaqdır. Layihənin fasadında fibrobeton elementlərdən və xüsusi izolyasiya vasitələrindən istifadə ediləcəkdir. Şəhərin dinamikliyini təbiətin rahatlığı ilə birləşdirən “Olympus Botanic Garden” layihəsinin yaxınlığında sosial obyektlərlə zənginliyi sizin və ailənizin xoş həyat keçirməyinizi tam olaraq təmin edəcəkdir. “Olympus Botanic Garden” layihəsi 41 hektarlıq “Botanika Bağı” yaxınlığında yerləşməsi, ekoloji təmiz ərazisi, hər ehtiyac üçün mənzil sahələri, müasir memarlığı ilə misilsiz yaşayış fürsətləri vəd edir.