Haqqımızda

    Olympus Park Şirkətlər qrupu artıq 10 ildən çoxdur ki, Daşınmaz əmlakın tikinti sektorunda uğurla fəaliyyət göstərir. Bu illər ərzində şirkətimiz şəhərimizin müxtəlif ərazilərində bir neçə yaşayış binasını yekunlaşdırıb və brendini qoruyaraq daha bir neçə layihənin tikintisini davam etdirir. Olympus Elmlər və Olympus  Neftçilər tikintisi yekunlaşmış layihələrimiz artıq sakinlərin ixtiyarındadır. Hal-hazırda tikintisi davam edən Olympus 28 May, Olympus Nəsimi, Olympus Səbail,  Butik-12, Olympus Xırdalan layihələrimiz də mövcuddur.

    Uzun müddət uğurlu fəaliyyətini davam etdirən şirkətimiz, bu günə qədər etibarlılıq və dürüstlük prinsiplərinə arxalanaraq, böyük təcrübəmizi yeni texnologiyaların üzərində tətbiq edərək, ölkəmizin ən güvənli tikinti şirkətlərinin sırasında yer almışdır.

   Biz “Yeni mənzil” sözünə yeni məna qataraq, qarşımıza Sizin və gələcək nəslin sosial həyatını gözəlləşdirmək və həyatınızı rəngarəng etmək üçün bizdən olan gözləntilərinizi həyata keçirmək kimi hədəflər müəyyən etmişik.

  Missiyamız – dünyanın ən qabaqcıl təcrübəsinə əsaslanaraq, əhalinin yüksək keyfiyyətli və bütün tələblərinə cavab verən yaşayış komplekslərinin yaradılmasından ibarətdir.

  İşçi heyətimizin sırasında yüksək peşəkarlığa malik və uzunömürlü, yüksək mərtəbəli binaların tikintisini həyata keçirən əməkdaşlar çalışmaqdadır.

    Biz ilk öncə alıcılarımızın komfortlu və keyfiyətli yaşayış ilə təmin olunmasını düşünürük.