"Xırdalan" layihəsi

Şəhərin müxtəlif yerlərində, hər büdcəyə uyğun komplekslər inşa edən Olympus Park şirkətinin növbəti layihəsi Xırdalan şəhərində yerləşir. Heydər Əliyev prospekti-Fresco marketin qarşısında, Xırdalan tibb mərkəzinin yaxınlığında yerləşən kompleksin inşasına 2019-cu ilin aprel ayında start verilib və 18 ay müddətində sakinlərin ixtiyarında olması planlaşdırılır. Olympus Xırdalan 2 blokdan ibarət, 13 mərtəbəli, dövlət dəstəyi və nəzarəti ilə inşa olunan PİLOT layihədir. Fasadın xüsusi memarlıqla, fibrobeton materialı ilə işlənilməsi nəzərdə tutulub ki, bu da yaşayış kompleksimizə gözəlliklə bərabər uzunömürlülük gətirəcək. İctimai nəqliyyat vasitələrinə çıxışı, tibb müəssisələri, ali və orta təhsil müəssisələrinə yaxınlığı və yaşayış infrasturkturunun yüksək səviyyədə olması layihəmizi daha da unikal edir. Yaşayış kompleksimizin yaxınlığında orta məktəb, texnikum, ticarət mərkəzi, bazar, nəhəng supermarketlərin yerləşməsi valideynlər və uşaqlar üçün bir rahatlıqdır. Olympus Xırdalan layihəsinin möhtəşəm Heydər Əliyev adına parka yaxın yerləşməsi, gələcək həyatınıza sağlamlıq gətirəcək. Layihəmiz şəhərin əsas yol qovşaqlarına yaxın yerləşdiyi üçün siz vaxtınıza qənaət etmiş olacaqsınız. Mənzillərin hündür olması isə, sizə daha zövqlü təmir imkanları yaradacaq. Kompleks təhvil verildikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla (kupça) təmin olunacaq. Həmçinin layihənin qarşısında mənzillərin satışının şəffaf siyahısı quraşdırılmışdır. Tabloda hər bir mənzil sahibinin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi  kodlaşdırılmış şəkildə qeyd olunur. Beləliklə, hər kəs mənzillərin satışını şəffaf şəkildə izləyə biləcək, mənzil sahibləri isə mənzilin məhz onun adına rəsmiləşdiyindən əmin olacaq. Qeyd: Kodlaşdırma mənzil sahibinin konfidensiallığının qorunması üçündür.

  •     Xırdalan tibb mərkəzi
  •     Fenomen star uşaq əyləncə mərkəzi
  •     Xırdalan Təzə Bazar
  •     Unibank
  •     İrshad electronics
  •     Dominos Pizza
  •     Soliton mağazası
  •     Magnit mağazası
  •     Rahat market
  •     Araz supermarket

Hər mərtəbədə 4/5 mənzil
Hər mənzildə eyvan
Hündür tavan ( 3 m.)
Otaqların sərbəst planlaşdırılması
Zərbəyə davamlı avropa standartlarına uyğun seyf qapılar
Qazlaşdırma və fərdi istilik (kombi sistemi)
Fasiləsiz su, qaz, işıq təminatı
Peyk-kabel TV, sürətli fiber-optik internet
Ən yeni qapı-pəncərə modelləri, su təchizatı və kanalizasiya sistemləri
Yeni dizaynda sürətli liftlər
İstirahətiniz üçün həyətyanı sahə
Zəruri iaşə obyektləri
8 ballıq seysmik davamlılıq
Yanğın əleyhinə təhlükəsizlik sistemi
7/24 fasiləsiz mühafizə və video müşahidə